AZ   |   RU
14 avqust - Əzizə Məmmədovanın doğum günüdür


Aktrisa, SSR əməkdar artisti, Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə Məmmədova 1892-ci ilin bu günü Tiflisdə dünyaya gəlib.

Atası Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi olub. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən sənətkar körpə qızı (teatr və kino aktrisası) Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər.

Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil ediləndə onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan sənətkarı buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan aktrisa üç ilə qədər hər iki sənət ocağında işləyib. 1925-ci ilin axırlarında isə yalnız Akademik teatrda çalışıb və 1930-cu illərdə qısa müddət yenə Türk İşçi Teatrında (əvvəlki Tənqid və Təbliğ Teatrı) oynayıb.

Ə. Məmmədova 14 avqust 1961-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!


Zərintac Mayisqızı
Missiya.Az





  • 14-08-2024, 09:28