AZ   |   RU
“Paris-2024”: Türkiyəli idmançıdan tarixi nəticə


Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.



Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. 


Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.


Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.




  • 27-07-2024, 17:37