AZ   |   RU
TAİB-in ofisində Qərbi Azərbaycan mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

 
Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış konsepsiyası: ictimai düşüncə və diasporumuzun iştirakçılığı" mövzusunda dəyirmi masa keçirilib. 


Missiya.Az xəbər verir ki, tədbirdə əzəli və əbədi yurd yerimiz olan Qərbi Azərbaycana qayıdışımızın qüdrətli Azərbaycan dövlətinin əsas hədəflərindən biri olduğu, Prezident İlham Əliyevin bu məsələyə ayırdığı diqqət və qayğı xüsusi qeyd olunub. 


Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Qərbi Azərbaycan İcması yurd yerlərimizə qayıdış üçün soydaşlarımız arasında və beynəlxalq təşkilatlarla əsaslı işlər görür. Çıxışlarda Azərbaycan diasporunun mütəşəkkilliyinin möhkəmlənməsi, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsindən də söhbət açılıb. 


Eyni zamanda, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin fəaliyyətindən və keçirdikləri tədbirlərdən bəhs olunaraq vurğulanıb ki, bu tədbirlər beynəlxalq ictimaiyyəti maarifləndirmək baxımından yüksək qiymətləndirilir.


Nurlana Əhmədova
Missiya.Az



  • 24-07-2024, 15:27