AZ   |   RU
Donald Tramp Kamala Harrislə debata çıxmaq niyyətindədir

ABŞ-nin keçmiş dövlət başçısı Donald Tramp ölkənin vitse-prezidenti Kamala Harrislə debat keçirmək niyyətindədir. 


Missiya.Az “Politico” ya istinadən xəbər verir ki, Ağ Evin keçmiş rəhbəri Harrislə görüşməyə hazır olduğunu bildirib.


“Düşünürəm ki, istər demokrat, istərsə də respublikaçı kimi namizədliyinizi irəli sürsəniz, debat mütləqdir”, - deyə Tramp vurğulayıb.


Məlumata görə, sentyabrın 10-na planlaşdırılan növbəti debata “ABC News” telekenalı ev sahibliyi edəcək. 


Qeyd edək ki, son günlərdə Tramp “ABC” telekanalını təlxək adlandıraraq, debata ev sahibliyi etmək üçün daha mühafizəkar “Fox News” teleknalına müraciət edib.



Daşqın Həsənov
Missiya.Az



  • 24-07-2024, 14:59