İosif Stalini heç kim öldürməyib. O, çoxlarının iddia etdiyi kimi zəhərlənmədən deyil, təbii ölümlə ölüb.
Missiya.Az RİA Novosti- yə istinadən xəbər verir ki, tarix elmləri doktoru, Federal Mühafizə Xidməti direktorunun müşaviri Sergey Devyatov SSRİ liderinin ölümü ilə bağlı mifi dağıdacaq açıqlama ilə çıxış edib.
“Stalin təbii səbəblərdən - insultdan ölüb. O, tibbi yardımı çox gec alıb. Çünki Stalin hamıya onun icazəsi olmadan kabinetinə girməyi qadağan etmişdi və mühafizəçilər Stalinin kabinetdən vaxtında çıxmadıqda belə içəri girməyə cəsarət etməyiblər” - Devyatov qeyd edib.
Bundan əlavə, tarixçi ekspertizanın bütün eyhamları aradan qaldıra biləcəyini, lakin bunun həyata keçirilmədiyini də deyib.
Xatırladaq ki, İosif Stalin 1953-cü il martın 5-də Moskva yaxınlığındakı iqamətgahında - “Yaxın Daça”dakı ofisində vəfat edib. Uzun illər Stalinin yaxın çevrəsindən kimsə tərəfindən zəhərlənməsi versiyası fəal müzakirə olunurdu.
“Stalinin nəşr olunan tibb tarixində onun vurduğu insultdan sonra həyatının son günləri haqqında məlumatlar var. Tibbi nöqteyi-nəzərdən, klinik mənzərə baxımından orada hər şey aydın görünür”, - deyə tarixçi izah edib.
Elcan
Missiya.Az