AZ   |   RU
Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir - Toy hazırlığı - FOTO

 Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adəm Kadırov evlənir.

Missiya.Az xəbər verir ki, bununla bağlı Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova sosial şəbəkələrdə qardaşı Adəmin toyuna hazırlıq görüntülərini yayıb. Görüntülərin birində Ayşatın ixtisaslaşdırılmış mağazadan gül aldığı əks olunub. O, abunəçilərin, "kimin toyudur" sualına  “Qardaşım Adəm evlənir” deyə cavab verib.

Onun sözlərinə görə, toy Kadırovların ata-baba kəndi Axmat-Yurtdakı valideynlərinin evində olacaq. Ayşat əlavə edib ki, toy günü tez-tez telefona cavab verə bilməyəcək. Lakin Ayşat qardaşının kiminlə evləndiyi və toyun konkret nə vaxt olacağı barədə heç nə danışmayıb.

Şənlik çox güman ki, kiçik bir ailə dairəsində keçiriləcək.

Adəmin bacısı deyib ki, qardaşı xoşbəxtdir, bu da onu sevindirir.

Qeyd edək ki, Rusiya Federasiyasının Ailə Məcəlləsinin 13-cü maddəsində deyilir ki, nikah yaşı 18 yaş müəyyən edilir. Lakin üzrlü səbəblər olduqda, yaşayış yeri üzrə yerli özünüidarəetmə orqanlarının 16 yaşında nikaha icazə vermək hüququ vardır.

Elcan
Missiya.Az



  • Dünən, 10:13