AZ   |   RU
Sosial şəbəkələrdə mindən artıq izləyicisi olan şəxslər nəzarətə götürülür


Sosial şəbəkələrdə gündəlik auditoriyası min nəfərdən çox olan rusiyalılar özləri haqqında məlumatları “Roskomnadzor”-a ötürməli olacaqlar. 


Missiya Az xəbər verir ki, müvafiq təklif hazırda hökumətdə müzakirə olunur. “Təşəbbüsünə əsasən, belə bir istifadəçi Roskomnadzor-a özü haqqında məlumatları təqdim etməlidir. Bu, departamentdə qeydiyyat deyil, hesab sahibinin məlumat yayması barədə tənzimləyiciyə bildirişdir”, - Roskomnadzordan TASS-a belə izah edilib.


 Ekspertlər hesab edirlər ki, yeni təşəbbüs “feyk” xəbərlər və milli maraqlara təhdid yaradan çağırışlarla mübarizəyə öz müsbət təsirini göstərəcək.


Elcan
Missiya.Az



  • 11-07-2024, 15:30