AZ   |   RU
"150 ədəd “KAAN” dost və müttəfiq ölkələrə göndəriləcək"


“Birinci mərhələdə Türkiyə Hərbi Hava Qüvvələri üçün 100-dən çox “KAAN” istehsal etməyi planlaşdırırıq. Biz dost və müttəfiq ölkələr üçün ən azı bu rəqəmi istehsal etməyi hədəfləyirik. Onlar üçün 150 ədəd nəzərdə tutduğumuzu desəm, yəqinki səhv etmərəm”.

Missiya.Az
 “STAR”a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin TUSAŞ şirkətinin baş katibi Mehmet Dəmiroğlu deyib.

“Növbəti illərdə ilk olaraq öz Hərbi Hava Qüvvələrimizin ehtiyaclarını qarşılamaq şərti ilə cəmi 250-300 arası məhsul istehsalını planlayırıq”, - Dəmiroğlu bildirib.

O əlavə edib ki, milli döyüş təyyarələrinə 4-5 ölkədən ciddi maraq var.

Zərintac Mayisqızı
Missiya.Az




  • 8-07-2024, 11:26