AZ   |   RU
Ərdoğan ABŞ-yə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-11 iyul tarixlərində keçiriləcək NATO Liderlər Zirvə toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, Vaşinqtonda mühüm diplomatik görüşlər keçirəcəyi gözlənilən Ərdoğan Qəzzada atəşkəs üçün birlik üzvlərinə mühüm çağırışlar edəcək.


Bildirilir ki, sammitdə Ukraynanın NATO-ya üzvlük məsələsi də müzakirə olunacaq. 


Qeyd olunub ki, bundan əlavə, Rusiyanın hücumlarına cavab olaraq Ukraynaya yeni hava hücumundan müdafiə sistemi yardımı da gündəmdə olacaq. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 8-07-2024, 10:07