AZ   |   RU
Fransada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib


Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinin elan edilməsindən sonra vəziyyət gərginləşib.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, böyük şəhərlərin çoxunda etiraz aksiyaları keçirilib. Parisin Respublika meydanındakı aksiya isə daha izdihamlı olub. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib.

Nant şəhərində keçirilən aksiyada bir polis əməkdaşı xəsarət alıb.

Zərintac Mayisqızı
Missiya.Az





  • 8-07-2024, 09:36