AZ   |   RU
Azərbaycanın COP29 prezidentliyi iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verəcək - Sadır Japarov



Azərbaycanın COP29-a ev sahibliyi etməsi iqlim dəyişikliyi ilə mübarizəyə böyük töhfə verəcək.

Missiya.Az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Qırğızıstan yüksək enerji qənaəti məsələsində mühüm rol oynaya bilər:

“Bu konfransı maliyyələşdirməyə kömək etmək üçün irəliləyiş əldə edə bilərsiniz. Bu konfrans bir sıra məsələlərdə, o cümlədən maliyyə məsələlərində irəliləyiş əldə etmək imkanı verəcək. Biz Azərbaycan tərəfini və TDT-yə üzv ölkələri bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirməyə çağırırıq. Biz digital transport sahəsində də praktikanı artırmalıyıq”.

Prezident, Qırğızıstanın Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsinə dəstək olmağa hazır olduğunu da söyləyib.




  • 6-07-2024, 13:12