AZ   |   RU
Bakıda gənc başından güllələnərək qətlə yetirilib, şübhəli şəxs saxlanılıb


İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.



DİN-in Mətbuat Xidmətindən Missiya.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.


Hadisə şəxsi münasibətlər zəminində baş verib.


Araşdırma aparılır.



  • 26-06-2024, 22:06