AZ   |   RU
Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

“Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək”. 


Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsi zamanı deyib.


“Günün ikinci yarısının əvvəlində prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcəyini gözləyirik”, - deyə siyasətçi vurğulayıb.


Peskov görüşün konkret məqsədinin nə olduğu və toplantı zamanı hansı mövzuların müzakirə olunacağı barədə ətraflı məlumat verməyib.



Daşqın Həsənov
Missiya.Az



  • 3-06-2024, 14:38