AZ   |   RU
Komandir hərbçilərdən rüşvət almağa görə həbs edilib

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.


Missiya.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.


Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.


İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.




  • 3-06-2024, 14:17