AZ   |   RU
“Uzaq sahillərdə”nin Anjelikası vəfat etdi

 

Sovet kinosunun tanınmış aktrisası, “Uzaq sahillərdə” filmində "Anjelika" obrazını canlandıran Aqniya Yelikoyeva dünyasını dəyişib. 


Missiya.Az xəbər verir ki, aktrisa 94 yaşında vəfat edib.


Qeyd edək ki, Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub.1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. İlk dəfə 1953-cü ildə "Moskvada bahar" filmində rol alıb. O, həmçinin “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet”, “Adam axtarıram”, “Məktəb direktorunun gündəliyi”, “Tarantula” kimi ekran işlərinə çəkilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 3-06-2024, 13:13