AZ   |   RU
"Paxıllıq hissi bir çoxunu məhv edir"- Nura Suri
 
Bir onu bilirəm ki, paxıllıq hissi bir çoxunu məhv edir. Sağlam rəqabət insanları irəli apara bilər, ancaq paxıllığa başqa don geyindirib, yüz bəhanə tapanlar bu həyatda heç vaxt xoşbəxt ola bilməzlər. 


Missiya.Az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Facebook" hesabında yazıb.


O bildirib ki, biri bir az irəli gedən kimi, ay mən dedim ona o fikri, ay mənim ideyam idi, mən məsləhət etdim, məndən öyrəndi, mən daha yaxşıyam, amma adamım yoxdu, ay nə bilim mən, mən, mən demək əvəzinə “biz” deməyi öyrənin.


"Hər bir uğurlu işdə bir-birinizə dəstək olsanız, ətrafınızda uğurlu insanlar nə qədər çox olsa, o qədər də güclü olacağınıza əmin olun. Güc birlikdədir - bir-birinə mane olmaqda deyil. Həyat bumeranqdır.  Nə əksəniz, onu da biçəcəksiniz.  Qəlbinizi təmiz saxlayın, pis fikirləri beyninizə gələndə qovun. Qarşınızdakını pis görürsünüzsə, bu onun pis adam olduğu anlamına gəlməyə bilər, bəlkə siz onu elə görmək istəyirsiniz, bəlkə paxıllıqdır içinizdəki? Bəlkə də başqa səbəblər. Özünüzü (fikirlərinizi, hisslərinizi) anlamağa çalışın ilk növbədə. Sonra beyninizi və qəlbinizdəki hissləri çirkabdan təmizləyin",-deyə o əlavə edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 24-05-2024, 16:12