Cümə 13 İyun 2025 / 21:40:30
                    AZ   |   RU
Bu çaylar arıqlamağa kömək edir

 

Arıqlamaq bir çox insan üçün sağlamlıq və ümumi həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi hesab olunur. Həm də ideal görünüşə sahib olmaq üçün bu önəmlidir.


Mütəxəssislər bu prosesi balanslaşdırılmış qidalanma, müntəzəm məşq və sağlam həyat tərzi vərdişlərinə yönəlmiş vahid yanaşma kimi müəyyən edir. Ancaq bu proses fərddən fərddə fərqli ola bilər. 


Məsələn, hər kəs üçün təsirli olan hər hansı bir üsul sizə heç bir fayda gətirməyə bilər. İki mühüm element var: Birincisi səbirli olmaq, ikincisi isə uyğun mayelər istehlak etməkdir.


“Mayeləri tez-tez istehlak edin” cümləsi demək olar ki, bütün pəhriz siyahılarının başındadır. Bir çox diyetoloqlar bu prosesdə suyun çox vacib olduğunu vurğulayır. Ancaq sağlam arıqlamaq üçün tək bu üsul kifayət deyil. Qidalanma və məşq rejiminə əlavə olaraq istehlak edilən çayların yağ yandırmağa və ödəmi aradan qaldırmağa, həmçinin iştahı boğmağa və yemək istəyini idarə etməyə kömək edir.


Belə çaylardan biri yaşıl çaydır ki, o, həm antioksidantları, həm də kofeini ehtiva edir, hər ikisi arıqlamağa kömək edir. 


Kateşinlər adlanan antioksidanlar maddələr mübadiləsini dəstəkləyir, bədənin yağ yandırmasına və qarın yağını azaltmağa kömək edir. Kofein də kilo verməyə kömək edə bilər, çünki bədənin kalori yandırma sürətini sürətləndirir. O, həmçinin bədənin yağları enerji mənbəyi kimi istifadə etməsinə kömək edir . 


Qara çayın da arıqlamaqla yanaşı, ürək sağlamlığına və beyin fəaliyyətinə təsiri kimi müxtəlif sağlamlıq faydaları da var. 


Nanə çayı mədə-bağırsaq sisteminin əzələlərini rahatlaşdıran mentol sayəsində həzmi yaxşılaşdırır. Nanə çayı digər çaylar kimi arıqlama prosesində sehrli bir içkidir. Tədqiqatlara görə, nanə qoxusu iştah kəsici kimi çıxış edir və bu, əhəmiyyətli dərəcədə kilo itkisinə səbəb olur.


Zəncəfil çayının tərkibində antioksidant və iltihab əleyhinə təsir göstərən gingerol var. Bu, bədənin kalori yandırmaq qabiliyyətini artırır. 


Hibiskus bitkisi isə müxtəlif bölgələrdə Məkkə gülü, qızılgül zefiri, nar çiçəyi, zefir çiçəyi və ya hibiskus çiçəyi kimi fərqli adlarla tanınır. Dünyanın bir çox yerində hibiskus bitkisindən qida və dərman istehsalında da istifadə olunur.


Cənubi Afrikada yerləşən  "Aspalathus linearis" bitkisinin yarpaqlarından əldə edilən Rooibos çayı qırmızı bitki çayı kimi tanınır. Xırda sarı çiçəkləri olan bu çay növü dərman məqsədləri üçün də istifadə olunur.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 20-05-2024, 12:33