AZ   |   RU
Nizami rayonu 229 saylı məktəbdə şəhid məzunların xatirə lövhəsinin açılışı olub - VİDEO

Nizami rayonunu milli qəhrəman Yuri Kovalyov adına 229 saylı məktəbdə I  və II Qarabağ Müharibəsi şəhidləri - məktəbin məzunlarının  xatirə lövhəsinin açılışı olub.

Missiya.Az
xəbər verir ki, Emil Baxışəliyev, Aydın Manelov, Nicat Əhmədov, Əsəd Əsədli, Timur Əliyev və Zəbulla Məmmədovun xatirəsini əbədiləşdirmək məqsədilə ərsəyə gətirilmiş lövhənin açılış mərasimində millət vəkili Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov, şəhidlərin doğmalarıı, məktəbin kollektivi, eləcə də təhsil aldıqları Bakı Dövlət və İqtisadiyyat Universitetlərinin müəllim heyəti iştirak edib. 

Çıxış edənlər xatirə lövhəsi qoyulan şəhidlərin döyüş yolundan danışıblar. Bildirilib ki, Azərbaycan gəncliyi həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində böyük şücaət göstərib. 

Qeyd edək ki, yaxın günlərdə 229 saylı məktəbin həyətində milli qəhrəman Yuri Kovalyovun abidəsinin də açılış mərasimi keçiriləcək.  Bu abidə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Missiya Media Qrupunun birgə dəstəyi ilə hazırlanıb.

Missiya.Az




  • 22-09-2021, 20:02