Ermənsitan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görüş təklif etməsi ilə bağlı suala cavab verməkdən imtina edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Factor” nəşri məlumat yayıb.
Jurnalistlər Armen Qriqoryana “Paşinyanla Ərdoğan görüşü barədə nə deyə bilərsiniz, belə bir görüş olacaqmı?” sualını ünvanlayıb. Qriqoryan isə suala cavab verməyib və maşına əyləşərək jurnalistlərin olduğu ərazidən uzaqlaşıb.
Qeyd edək ki, Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü zamanı Türkiyə prezidenti ilə görüşmək niyyətində olduğunu deyib.
Ərdoğan bu barədə ABŞ-a Birləşmiş Millətlər Təşkilatının 76-cı sammitinə gedərkən danışıb. Türkiyə prezidenti Paşinyanla “Zəngəzur dəhlizi” açıldıqdan sonra görüşə biləcəyini deyib.