AZ   |   RU
Putin və Si Cinpin bağlı qapılar arxasında Ukraynadan danışıblar


Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin qapalı görüşdə beynəlxalq problemləri və Ukrayna böhranını müzakirə ediblər.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

“Axşam danışıqları təxminən dörd saat çəkib. Beynəlxalq məsələlər və Ukrayna böhranı müzakirə edilib”, - Peskov vurğulayıb.



  • 16-05-2024, 21:28