AZ   |   RU
Paşinyan Azərbaycanla delimitasiya görüşünün nəticələrini böyük uğur adlandırıb

Baş nazir Nikol Paşinyan ötən gün Tavuşda Azərbaycan və Ermənistan arasında delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Paşinyan hökumətin iclasında çıxış edərkən deyib.


O, qeyd edib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub. 


Paşinyan bu prosesə görə Ermənistanın baş nazirinin müavini Mxer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib. 


Xatırladaq ki, ötən gün iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mxer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 16-05-2024, 11:32