AZ   |   RU
Amerikanın ölkəmizə qarşı qurduğu çirkin oyun – ABŞ səfirliyi əxlaqsızlığı təbliğ edən layihələrə niyə üstünlük verir?

Qloballaşmanın sürətləndiyi dövrdə xalqların və dövlətlərin milli-mənəvi dəyərlərində, eləcə də min illər boyu mühafizəkar həyat tərzi sürən millətlərin mədəniyyətində ciddi deqradasiya prosesi gedir. Məsələn, bir çox xalqlar tərəfindən qəbul edilməyən Avropa və ABŞ-ın təbliğ etdiyi mədəniyyət insanların gündəlik həyat tərzinə nüfuz etməkdədir. Digər tərəfdən, Qərb dairələri xalqların vətənpərvərlik  hislərini məhv edən, gənclərin tərbiyyəsini pozmağa, millətlərə yad olan eynicinsliliyin təbliğinə yönələn layihələr həyat keçirməkdədirlər. Bəzi xalqlar yad mədəniyyətlərə müqavimət göstərsə də, bir çoxları mənəviyyata zidd dəyərləri qəbul etmək məcburiyyətində qalırlar. Çünki qlobal güclər bir çox dövlətlərə əllərində olan media və digər böyük təbliğat rıçaqları ilə istədiklərini qəbul etdirirlər.
 
Konkret olaraq xalqlara yad milli-mənəvi dəyərlərin dünyada təbliğ edilməsinin əsas sponsorlarından biri ABŞ-dır. Rəsmi Vaşinqton müxtəlif təsir rıçaqlarından istifadə edərək dövlətləri seksual azlıqların hüquqları, eynicinslilik və digər bu kimi yerli mədəniyyətlərə zidd mövzuları gündəmə gətirməyə məcbur edir.
 
Azərbaycanda isə Vaşinqtonun dəyərlərimizə zidd maraqlarını təbliğ etməyə çalışan qüvvə - ABŞ səfərliyidir. ABŞ səfirliyinin Azərbaycanda həyata keçirdiyi dəyərlərimizə zidd layihələrin əsas təşkilatçısı isə ABŞ Beynəlxalq İnkişaf Agentliyidir (USAID).
 
ABŞ səfirliyi sözün həqiqi mənasında Bakı və Vaşinqton arasındakı siyasi və diplomatik məsələləri kənara qoyub, üzərinə götürdüyü öhtəliklərlə əlaqəsi olmayan məsələlərlə məşğuldur. 
 
Səfirlik məişət zorakılığı, seksual azlıqların hüquqları və cinsi azlıqların niğahlarının rəsmiləşdirilməsi  kimi mövzuları gündəmə gətirməklə cəmiyyətimizdə qondarma problemlər icad etməyə və xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün səylərini gücləndirir.

Məsəslən, hazırda Vaşinqton Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına təkid edir.
 
Bəs, İstanbul konvensiyasının mahiyyəti nədən ibarətdir? 
Bu konvensiya konkret olaraq xalqların milli-mənəvi dəyərlərinin məhvinə yönəlib.

İstanbul konvensiyası dövlətlərdən seksual azlıqların hüquqlarını prioritet səviyyəyə çatdırmağı, uşaqları seskual həyata cəlb etməyi, eynicinslilərin nigahını rəsmiləşdirməyi və digər bu kimi xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan qərarlar verməsini tələb edir.
 
Cinsi azlıqların nigahının rəsmiləşdirilməsi Azərbaycan dövlətinin və xalqının nəyinə lazımdır? Bu rəsmiləşmənin Azərbaycan cəmiyyətinə hansı xeyiri var? Təbii ki, heç bir xeyiri yoxdur! Əksinə, bu rəsmiləşmə cəmiyyətdə ailə dəyərlərinin sütunlarını sarsıtmağa, əhalinin sayını azaltmağa, əxlaqsızlığı təbliğ etməyə, həmçinin gənclərimizin vətənpərvərlik hissini yox etməyə yönəlib.
 

Artıq bir çox ölkələrdə belə yad mədəniyyətlərin təbliği nəticəsində vətənpərvərlik hissi yox edilib, cəmiyyətin mənəvi dəyərləri deqradasiyaya uğrayıb. 
 
Əminliklə deyə bilərik ki, ABŞ-ın Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin məhvinə yönəlmiş çirkin planları baş tutmayacaq. Çünki xalqımız min illərdir qoruyub saxladığı dəyərlərə sadiqdir.

 
Əgər Azərbaycan xalqı milli-mənəvi dəyərlərini qorumasaydı, 30 il sonra Qarabağın azadlığına nail olmayacaqdıq. Qarabağ bu xalqın dəyəridir! Dəyərimizi ABŞ-ın təbliğ etdiyi çirkin mədəniyyətə mənsub insanlar deyil, milli dəyərlərinə sadiq Azərbaycan gəncliyi azad etdi. Qarabağın azadlığını qoruyub saxlamaq üçün isə sağlam düşüncəli, mənəvi dəyərlərə sadiq gənclik yetişməlidir. Ona görə də Azərbaycan ictimaiyyəti ABŞ-ın xalqımız üzərində qurduğu oyunlara müqavimət göstərməli, dəyərlərimizə zidd olan məsələlərin gündəmə gətirilməsinə etiraz etməlidir. İmkan verməməliyik ki, övladlarımız cəmiyyətimizə yad mədəniyyətlərin təsiri altına düşsün, qlobal güclərin planlarına alət olsun.

Elvin MƏMMƏDOV
Missiya.Az



  • 21-09-2021, 17:52