AZ   |   RU
"Ədalətin olmadığı yerdə hüzur və firavanlıq olmaz"- Ərdoğan


“Yeni konstitusiya vətəndaş siyasət sahəsini genişləndirərək, ölkəmizin iqtisadiyyatından sosial həyatına qədər problemlərinin həllini daha da sürətləndirəcək”.

Missiya.Az 
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının Konfrans Salonunda keçirilən İnzibati Ədalət Günü və Danıştayın 156-cı ildönümü mərasimində çıxışında deyib.

“Cəmiyyətə etimad yaradan və əlçatan ədalət sistemi yaşamağımızın təminatıdır. Ədalətin olmadığı yerdə hüzur və firavanlıq və milləti bir-birinə bağlayan bağ da yoxdur”, -Ərdoğan əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 10-05-2024, 15:38