AZ   |   RU
COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşüb - FOTO


COP29-un prezidenti Muxtar Babayev Pakistanda Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Mohammed Nafis Zakariya ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər məhsuldar görüş keçirib və onlar davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparıblar: “Yalnız birlikdə işləməklə daha “yaşıl dünya” üçün ciddi addımlar ata bilərik”.




  • 10-05-2024, 15:01