AZ   |   RU
Ərdoğan 12 iyulda ABŞ-yə səfər edə bilər

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-yə səfər edə bilər”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında çıxışı zamanı deyib.


“Biz iyulda keçiriləcək NATO sammitində Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb”, - deyə siyasətçi vurğulayıb.


O, qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.



Daşqın Həsənov
Missiya.Az



  • 10-05-2024, 14:20