AZ   |   RU
Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün müxalifət azı 54 səs toplamalıdır


Ermənistanın baş naziri Nikol Paşinyana qarşı impiçment proseduruna başlamaq və posta öz namizədini irəli sürmək üçün müxalifət azı 54 səs toplamalıdır.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, hazırda müxalifətdən olan “Ayastan” və “Şərəfim var” fraksiyalarını Ermənistan Milli Məclisində 35 deputat təmsil edir. Müxalifət daha 19 deputatın dəstəyini almalıdır.


Qeyd edək ki, Ermənistan ərazisində Azərbaycanla sərhədin delimitasiyasına başlanması ilə bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.


Zərintac Mayisqızı
Missiya.Az



  • 10-05-2024, 14:16