AZ   |   RU
“Qərb Putinə qarşı daha sərt mövqe tutmalıdır” - Devid Kemeron

“Qərb Rusiya prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmalıdır”.


Missiya.Az “Daily Mail”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.


Onun sözlərinə görə, ölkə siyasi iradə döyüşündədir və London öz müttəfiqləri ilə birlikdə rəqiblərini məğlub etməlidir. 


Kemeron qeyd edib ki, Qərb Putini kənarda saxlamalı və daha sərt tədbirlər görməyə hazırlaşmalıdır.



Daşqın Həsənov
Missiya.Az



  • 10-05-2024, 14:05