AZ   |   RU
Maqnit qasırğasından necə qorumaq olar?

 

Xəbər verdiyimiz kimi, mayın 11-12-də maqnit qasırğası gözlənilir.Maqnit qasırğasının təsirləri əsasən bir neçə günə büruzə verir. Daha çox meteohəssas və yaşlı  insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bir sıra simptomlarla özünü göstərir. Bəs bu simptomlar hansılardır?


Maqnit qasırğasının təsirlərindən necə qoruna bilərik?


Mövzu ilə bağlı Nevroloq-alqoloq Qalib Qasımov ilə əlaqə saxladıq.


O Missiya.Az-a açıqlamasında bildirdi ki, qan təzyiqi yüksək olan, qan təzyiqi tez-tez dəyişən insanlar, qanda şəkəri olan,   iltihabi, yoluxucu xəstəliyi olan, xronik xəstəlikdən əziyyət çəkən, nevroloji əsəb sistemi narahat olan insanlar meteohəssas insanlardır. Maqnit  qasırğası zamanı onlarda  baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi əlamətlər özünü göstərə bilər:


“Maqnit qasırğasının təbii ki, bu meteohəssas insanlara birbaşa təsiri daha güclüdür. Havada maqnit qasırğası olan zaman çox çölə çıxmamaq, ev şəraitində olmaq daha məqsədə uyğundur. Bu zaman hemodinamik göstəriciləri stabil saxlamaq, bol maye qəbul etmək, meyvə yemək, normal, sağlam qidalanmaq lazımdır. Mobil cihazlardan, yəni kompüter, telefon və digər vasitələrdən bacardıqca uzaq qalmaq daha yaxşı olar”.


Həkimin sözləri ilə desək, qasırğanın mənfi təsirlərindən qorunmaq üçün üçün ilk növbədə sağlam həyat tərzi qaydalarına əməl etmək lazımdır. Belə günlərdə həkim məsləhəti ilə profilaktik tədbirlər görməyi və özünüzə diqqət etməyi unutmayın. 

 

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 10-05-2024, 14:04