AZ   |   RU
"Fortis Group" Heydər Əliyevə həsr olunan tədbir keçirdi - FOTOLAR

Bu gün görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Missiya.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu münasibətlə ölkə boyu bir çox müəssisələrdə tədbirlər keçirilir. Ölkənin önəmli istehsal müəssisələrindən biri olan "Fortis Group" MMC də Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə "Fortis Group" MMC-nin Müşahidə Şurasının Sədri Cəmil Rüstəmxanlı və şirkətin rəhbər heyəti Ulu Öndərin müəssisə ərazisindəki büstü qarşısına əklil qoyaraq dahi liderin xatirəsini etiramla yad ediblər.

Şirkətin akt zalında təşkil olunan tədbirdə çıxış edən müəssisənin İdarə Heyətinin sədri Asif İbrahimov Heydər Əliyev şəxsiyyətinin müasir Azərbaycan tarixində tutduğu yerdən danışıb. Ulu Öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" sözlərini xatırladan Asif İbrahimov vurğulayıb ki, istər Azərbaycana rəhbərlik etdiyi illər ərzində, istərsə də SSRİ adlanan ölkədə fəxri kürsülərdə əyləşdiyi, fəaliyyət göstərdiyi zamanlarda həyatını vətəninə, torpağına, xalqına həsr edən Heydər Əliyevi Azərbaycan məhəbbəti, azərbaycançılıq hissləri bir an da olsa, tərk etməyib.

Müəssisənin Baş Mühəndisi Mədət Rüstəmxanlı dahi liderlə bağlı öz xatirələrini bölüşüb, Ümummilli Liderin insanlara hər zaman xüsusi diqqətlə yanaşdığını vurğulayıb. O, öz çıxışında fərqli zamanlarda Heydər Əliyevin Azərbaycan qarşıısnda tarixi xidmətlərindən bəhs edib.

Anım tədbiri digər çıxışlarla davam edib.




  • 10-05-2024, 12:50