AZ   |   RU
Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTOLAR


Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.


Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.




  • 10-05-2024, 12:19