AZ   |   RU
“Eduard Şevardnadze ən mürəkkəb məsələlərin həllində Heydər Əliyevlə məsləhətləşərdi”

“Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Heydər Əliyevlə görüşmüş bir sıra şəxslərin onun haqqında söylədiklərini indiyədək dinləmişəm. Onlardan biri Gürcüstan Prezidenti Eduard Şevardnadzenin bir çox tapşırıqlarını yerinə yetirmiş səfir, Gürcüstan Baş nazirinin müavini vəzifəsində işləmiş, hazırda Suxumi Dövlət Universitetinin rektoru, Gürcüstan Təhsil Akademiyasının prezidenti, professor, dostum Zurab Xorenelidzedir”. 


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı qeyd edib:


“Onun dediklərinə nəzər salaq: “İşlədiyim illərdə bir çox prezidentlərlə görüşmüşəm. Heydər Əliyev onların hamısından çox üstün, müqayisəedilməz olub. O, dünya miqyaslı bir şəxsiyyət idi. Onun məsələlərin həllinə, Cənubi Qafqazın gələcəyinə dair baxışları aydın və qurucu idi. Eduard Şevardnadze ən mürəkkəb məsələrin həllində Heydər Əliyevlə məsləhətləşərdi. Heydər Əliyevin incə yumoru da var idi. Azərbaycanın sərvəti neft və qaz deyil, belə adamlarıdır. Bu gün Azərbaycanın böyük şansıdır ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik edir”.



  • 10-05-2024, 12:05