AZ   |   RU
Putin Mişustinin baş nazir postuna namizədliyini Dövlət Dumasına təqdim edib

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin baş nazir postuna namizədliyini Dövlət Dumasına təqdim edib.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında məlumat verib.


O, bildirib ki, baş nazirin namizədliyi Dövlət Dumasının bu gün keçiriləcək plenar iclasında təsdiqlənəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 10-05-2024, 10:38