Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.
Bu barədə Missiya.Az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.
C.Bayramov qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İsrail nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrdə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib.