AZ   |   RU
Papikyan və ABŞ-nin Ermənistandakı səfiri regional məsələləri müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn arasında görüş keçirilib.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, tərəflər müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Qeyd olunub ki, bundan əlavə Papikyan və Quinn iki ölkə arasında kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin müddətinin uzadılmasını nəzərdə tutan sənəd imzalayıblar.



Daşqın Həsənov
Missiya.Az



  • 2-05-2024, 16:28