AZ   |   RU
Rusiyanın tanınmış azərbaycanlı hüquqşünası Ukrayna müharibəsində ağır yaralanıb

Rusiyanın əməkdar artisti Mixail Yefremovun keçmiş vəkili Elman Paşayev Ukraynada Uqledar yaxınlığında yaralandıqdan sonra xəstəxanaya yerləşdirilib.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, o özü bu barədə TASS-a məlumat verib.


“Mən Ukrayna Silahlı Qüvvələrinin Ulqedarda yerləşən və şəxsi heyətinin tərkibinə daxil olduğum hərbi birləşmənin cəmləşdiyi əraziyə endirdiyi zərbələr nəticəsində yaralanmışam. İndi xəstəxanadayam, mənə danışmaq çətindir”, - bildirib.


Elman Paşayev həkimlərin ona tibbi xidmət göstərdiklərini bildirib.


İlkin məlumatlara görə, o, PUA zərbəsi nəticəsində yaralanıb.


Elman Paşayevin həyatı üçün təhlükənin olmadığı qeyd olunur.



  • 30-04-2024, 14:37