AZ   |   RU
Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər ölüb


Əfqanıstanın qərbində Herat vilayətində məscidə hücum nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə “Pahjwok ” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hücumu əlində odlu silah olan şəxs həyata keçirib. Qeyd olunub ki, hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 30-04-2024, 11:00