AZ   |   RU
30 apreldə “Koroğlu” operasının ilk tamaşası olub


1937-ci ilin bu günü dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşası Azərbaycan Dövlət Opera və Balet Teatrında (AOBT) olub.

Missiya.Az 
xəbər verir ki, Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləyib.

Bu əsərin səhnəyə qoyulmasında Azərbaycanın tanınmış incəsənət xadimləri fədakarlıq göstəriblər. İstedadlı rəssam Rüstəm Mustafayev, rejissor İsmayıl Hidayətzadə, baletmeyster İqor Arbatov, o cümlədən baş rolun ifaçısı Bülbül, balerina Qəmər Almaszadə və başqaları operanın ərsəyə gəlməsinə böyük əmək sərf ediblər.

“Koroğlu” operası AOBT-un repertuarından heç zaman düşmür.

Zərintac Mayisqızı
Missiya.Az




  • 30-04-2024, 09:34