AZ   |   RU
Bakıda "Prado" ilə "avtoş"luq edən sürücü həbs edildi


Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, Bakı Şəhər DYP İdarəsindən verilən məlumata görə, "Toyota Prado" markalı, 01-CJ-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muradov Pərviz Elşad oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin  qərarına əsasən sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.



  • 29-04-2024, 16:43