AZ   |   RU
"Fransanın qarşısını Azərbaycan alıb"

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında ABŞ qarant ölkə olmağa çalışır. Qeyd edim ki, Fransanın qarşısını Azərbaycan  alıb". 


Missiya.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: 


"Ermənistan tərəfi sülh müqaviləsində qarant ölkə kimi Fransanın olmasını istəyirdi. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsində qarant ölkə təklifini qəbul etmir. Bu, regional müstəvidə yeni problemlərə yol aça bilər. Sülh müqaviləsinin bağlanması üçün ən optimal ölkə Qazaxıstandır. Azərbaycan tərəfi qarant ölkə ABŞ və yaxud digər ölkə olacaqsa, Türkiyənin də olmasını təklifini irəli sürür. Bu məsələdə tərəflər arasında fikir ayrılıqları var".


Missiya.Az



  • 29-04-2024, 16:19