AZ   |   RU
Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək


Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycana səfər edəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, nazir mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə təşkil olunacaq.



  • 29-04-2024, 14:05