AZ   |   RU
Emin Əmrullayev: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir"


"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər".

Missiya.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “facebook” səhifəsində paylaşıb.

O bildirib ki, təhsil prosesinin də mərkəzində qadınlar dayanır: " Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.



  • 8-03-2021, 14:29