AZ   |   RU
Bu gün Baba Babazadənin doğum günüdür


25 aprel geoloq-neftçi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1959), geologiya-minerologiya elmləri doktoru (1962), Sosialist Əməyi Qəhrəmanı Baba Babazadənin anadan olduğu gündür.

Missiya.Az
 xəbər verir ki, Baba Babazadə 1911-ci ilin bu günü Bakının Ramana kəndində dünyaya gəlib.

Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının Şimal-Şərq qanadında və digər yerlərdə zəngin neft yataqlarının kəşfi onun adı ilə bağlıdır. Bundan əlavə dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da fəal iştirak edib və bu da Azərbaycanda qaz sənayesinin təməlinin qoyulmasına əsaslı təkan verib. B.Babazadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə onun elmi əsərlərində geniş bilgilər toplanıb. Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri baza rolunu oynayıb.

Geoloq-neftçi 18 avqust 1962-ci ildə dünyadan köçüb.

Qeyd edək ki, 1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı adı verilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-04-2024, 09:56