AZ   |   RU
Tarixdə baş verənlər vicdan və elmin rəhbərliyi ilə idarə olunmalıdır - Ərdoğan


"Bir nəfər belə olsa erməni vətəndaşımızın ayrı-seçkiliyə məruz qalmasına və özlərini vətənində ikinci dərəcəli hiss etməsinə heç vaxt icazə verməmişik və vermərik də".

Missiya.Az 
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


"Tarixdə baş verən hadisələri radikal diskurslara, marginallaşmaya və nifrət ifadələrinə yol vermədən, ağıl, vicdan və elmin rəhbərliyi ilə həll etməyimiz vacibdir", -deyə Türkiyə lideri qeyd edib.


Ərdoğan gələcək nəsilləri dünyanı bürüyən zorakılıqlardan, savaşlardan qorumaq lazım olduğuna diqqət çəkib və birliyə səsləyib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 24-04-2024, 15:17