AZ   |   RU
"İranla əlaqələri davam etdirmək lazımdır" - Borell

 

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borell Parlamentin deputatlarının İranla diplomatik əlaqələri kəsmək və İnqilab Keşikçiləri Ordusunu terrorçular siyahısına salmaq tələblərinə qarşı çıxıb. 


Missiya.Az xəbər verir ki, o, İranla əlaqələrin davam etdirilməsi lazım olduğunu bildirib.


Borell bu ölkəyə qarşı mövcud sanksiyaların genişləndirilməsi üçün üzv dövlətlər arasında siyasi konsensusun olduğunu qeyd edib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 24-04-2024, 15:00