AZ   |   RU
Fransanın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəlib

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini və Fransa Senatının nümayəndə heyəti Gorusa səfər edərək Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda apardığı işlərlə tanış olublar. 


Missiya.Az xəbər verir ki, bu barədə müşahidə missiyası özünün “X” sosial media hesabında paylaşım edib.


“Fransanın Ermənistandakı səfiri Olivye Dekotini və Fransa Senatının nümayəndə heyəti ilə regiondakı siyasi vəziyyətlə bağlı müzakirə apardıq”, - deyə vurğulanıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 22-04-2024, 17:03