AZ   |   RU
Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

 

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfərin öldüyü, itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.


Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev deyib.


Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfərin boğularaq öldüyünü, Türküstan bölgəsində isə bir azyaşlının su axarının altında qalaraq həyatını itirdiyini bildirib. 


O əlavə edib ki, baş vermiş hadisələrlə bağlı artıq cinayət işi açılıb, polis əməkdaşları tərəfindən araşdırma aparılıb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 18-04-2024, 14:43