AZ   |   RU
Mirzoyan Səudiyyə Ərəbistanının iqtisadiyyat naziri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ər-Riyadda Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Feysəl bin Fadl bin Muhsin əl-İbrahimlə görüşüb.


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilir ki, Mirzoyan səudiyyəli nazirə “Dünyanın kəsişməsi” layihəsini təqdim edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 18-04-2024, 11:43