AZ   |   RU
Tel-Əviv aprelin 15-də İranı vurmağa hazırlaşırdı, lakin qərarını dəyişdi - İsrail mətbuatı



İsrail aprelin aprelin 13-dən 14-ə keçən gecə baş verən hücuma görə, aprelin 15-i İrana zərbə endirməyi planlaşdırmışdı.



Missiya.Az xəbər verir ki, bu barədı “Axios” məlumat yayıb.



“İsrail İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə misli görünməmiş raket hücumuna cavab verəcəyini vəd edib. Bununla belə, Ağ Ev Tel-Əvivə xəbərdarlıq edib ki, İranla münasibətlərin gərginləşməsi ABŞ və İsrailin maraqlarına xidmət etməyəcək. Xüsusilə ABŞ prezidenti Co Bayden İsraili istənilən cavab tədbirində ehtiyatlı olmağa çağırıb”, - deyə vurğulanıb.



Mənbənin sözlərinə görə, ABŞ davam edən əks-hücumların daha geniş regional eskalasiyaya səbəb ola biləcəyindən narahatdır.



Daşqın Həsənov

Missiya.Az



  • 18-04-2024, 02:35