AZ   |   RU
Aİ liderləri istefaya getməlidir - Orban

 

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, onlar bütün əsas layihələri iflasa uğratdıqları üçün istefaya getməlidirlər. 


Missiya.Az xəbər verir ki, nazir bu barədə "Milli Mühafizəkarlıq Konfransı"nda çıxışı zamanı bildirib.


O qeyd edib ki, Avropa İttifaqına yeni liderlər lazımdır.


"İndi Avropa İttifaqının yaşıl keçid, sabitlik siyasəti, miqrasiya, sanksiyalar və müharibə siyasəti kimi seçdikləri böyük layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar oldu",-deyə Orban qeyd edib.


O, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin rəhbərliyi altında bu qurumun siyasiləşdiyini və "müqavilələrinin keşikçisi olmaq əvəzinə siyasi aktyorlar kimi davrandığını vurğulayıb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 17-04-2024, 16:58