AZ   |   RU
"Bu müstəqilliyimizin son akkordu, son nəfəsi olacaq, xalq köləliyə can atır" - Erməni siyasətçi

Ermənistanda 21 sentyabr – Müstəqillik Günü yaxınlaşdıqca həmin tarixdə keçirləcək tədbirlərlə bağlı müzakirələr daha da aktuallaşır. Siyasətçilərin və ictimai xadimlərin apardıqları müzakirələrin əsas istiqaməti tədbirlərin hansı formatda keçirləcəyi ilə bağlıdır. Çünki 44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlub olması ölkənin bütün bayram günlərinin əhəmiyyətini itirməsinə səbəb oldu. 
 
Missiya.Az xəbər verir ki, Ermənistan parlamentinin keçmiş deputatı Marqarit Yesayan Müstəqillik Günündə matəm və ya bayram tədbirlərinin keçiriləcəyi ilə bağlı danışıb. 

O bildirib ki, Ermənistanın ətrafında baş verənlərin mahiyyətini anlamayanlar 21 sentyabrı bayram kimi qeyd edəcəklər. 

Sitat: “Bəli 21 sentyabr rəngarəng qeyd ediləcək. Onlar canlı və sevincli olacaqlar. Nə qeyd edəcəklər? Hələ də anlamayan insanlar varmı? Müsəqilliyimizin, 44 günlük müharibənin qurbanlarının “parlaq xatirəsini” qeyd edəcəklər. Müstəqil olduğumuzu unudun amma müstəqilliyin ildönümünə hazır olun. 21 sentyabr 2021-ci ildə Ermənistan Respublikasının 100 min, bəlkə də 300 min nəfər  “qürurlu vətəndaşı” Respublika Meydanında çox bahalı işıq effektləri altında sevinəcək. Bu müstəqilliyimizin son akkordu, son nəfəsi olacaq”, - sitatın sonu.
 
Marqarit Yesayan bildirib ki, erməni xalqı müstəqilliyə layiq deyil və köləliyə can atır. 
 
Elvin
Missiya.Az


  • 14-09-2021, 16:55